Azərbaycanda onlayn təhsil rejiminin VAXTI UZADILDI

 19:15 30.11.2020     72

Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Publika.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, ölkə ərazisində distant (məsafədən) təhsilin müddəti dekabrın 30-dək uzadılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/elmvetehsil/337524.html