“Barselona” Messiyə görə cərimələnəcək

 20:19 30.11.2020     47

La Liqa rəhbərliyi "Barselona"nı cərimələyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna kapitan Lionel Messinin ötən gün "Osassuna" ilə matçda Dieqo Maradonanın xatirəsini yad etmək üçün onun "Nyuells Old Boys" formasını geyinməsi səbəb olub.

Futbolçu sözügedən geyimi öz oyun formasının altından geyinsə də, qol vurduqdan sonra öz formasını çıxararaq, həmin geyimi nümayiş etdirib və Maradonanı yad edib.

La Liqa və FİFA-nın qaydalarına uyğun olaraq, oyunçulara futbol formasını çıxarmağa görə sarı vərəqə verilir və klub cərimə olunur. Beləliklə, Kataloniya klubu argentinalı oyunçuya görə 13 min avro ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki sözügedən qarşılaşma "Barselona"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/901244.html