ABŞ-dan S-400 açıqlaması: Türkiyəyə ümid edirik...

 20:34 30.11.2020     58

ABŞ Türkiyənin S-400 sistemlərinin istismara verilməsi ilə bağlı mövqeyini dəyişəcəyinə ümid edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison deyib.

“Ümid edirik ki, bu müdafiə sistemini işə salmazdan əvvəl onun nəticələrini anlayacaqlar. Ümid edirəm, Türkiyə bu barədə fikirləşir və səhvən verdikləri bu qərarı dəyişəcəklər”, - Hatçison bildirib.

Onun sözlərinə görə, S-400 Vaşinqtonla Ankara arasındakı əsas narahatlıqlardan biridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519711.html