Bakıda avtomobil piyadanı vurub

 20:50 30.11.2020     49

Bakıda piyada qadını avtomobil vurub.

Milli.Az bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Niftəliyeva Yasəmən İdris qızı yolu keçərkən onu minik avtomobili vurub.

Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağırdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/901228.html