Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,0 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Seysmik monitorinq mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 19:09 baş verib.
İlkin məlumata görə, zəlzələnin episentri Dmanisi şəhəri yaxınlığında olub.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/901272.html