Daha bir ölkə Hizbullahı terrorçu elan etdi

 21:01 30.11.2020     43

Sloveniya hökuməti Livandakı Hizbullah hərəkatını terrorçu təşkilatlar siyahısına daxil edib.

Axar.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat yer alıb.

“Sloveniya hökuməti Hizbullah qrupunun fəaliyyəti ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər barədə daimi koordinasiya şurasının hesabatını nəzərə alıb və sözügedən hərəkatın sülh və təhlükəsizlik üçün təhlükə yaradan cinayət və terror təşkilatı kimi tanınmasına qərar verib”, - məlumatda qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519722.html