Maradonanın həkiminə cinayət işi açıldı

 21:08 30.11.2020     52

Bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın həkimi Leopoldo Luke xəstəyə kömək göstərməməkdə ittiham olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Argentina prokurorluğu Lukenin haqqında cinayət işi başladıb və onun sənədlərini, kompüterini götürüb.
 
Luke mətbuata açıqlamasında ittihamların əsassız olduğunu bildirib:
 
"Nə etdiyimi bilirəm, Maradona üçün əlimdən gələni etdim, buna tam əminəm".
 
Maradona noyabr 25-də ürəktutmasından vəfat edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/901153.html