Türkiyədə karantin qaydaları sərtləşdirildi

 21:37 30.11.2020     77

Qardaş ölkə Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar karantin qaydaları daha da sərtləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasdan sonra çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, artıq həftə sonları ilə yanaşı, həftə içi də küçəyə çıxmaq qadağan ediləcək.

Belə ki, həftə içi saat 21:00-dan 05:00-a kimi, həftə sonları isə bütün sutka ərzində sözügedən qadağa qüvvədə olacaq.

Yeni qaydalara əsasən, Türkiyədə cənazə namazlarında maksimum 30 nəfərin iştirakına icazə verilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519729.html