Elizabet Pets ən seksual kişi şahmatçıları müəyyənləşdirdi

 21:36 30.11.2020     63

Almaniyalı qrossmeyster Elizabet Pets dünyanın ən seksual şahmatçılarının siyahısını tərtib edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 35 yaşlı zəka sahibi yalnız 3 şahmatçını fərqləndirib.

Elizabetə müsahibə zamanı "beşliy"i müəyyənləşdirmək təklif olunsa da, almaniyalı siyahıya daxil etməyə şahmatçı tapmayıb. Pets ilk sıraya Kaydo Kyulaotsu layiq görüb. Növbəti yerlər üçün düşünməli olan şahmatçı bunu uzun müddət oynamadığından unutması ilə izah edib.

Almaniyalı sonda ikinci sıranı David Haluell, üçüncü yeri Vladislav Tkaçova verib. Maraqlıdır ki, Elizabet "Top-20"də yer alan qrossmeysterlərdən heç kimi fərqləndirməyib.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/901253.html