Ruslar erməniləri yenə son anda xilas etdi

 21:46 30.11.2020     68

Qarabağda qar sürüşməsinə düşən içi ermənilərlə dolu avtobus ruslar tərəfindən xilas edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun Qarabağdakı qüvvələri qaçqınların olduğu bir sərnişin avtobusunu təxliyə edib. Onlar Xankəndiyə qayıdarkən Laçın dəhlizindəki Şuşa-Gorus dağ keçidində qar sürüşməsinə düşüblər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, avtobusda 8-i uşaq olmaqla 42 sərnişin olub. Sürücü yüngül zədə alıb. Başqa xəsarət alan olmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519731.html