OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı

 21:50 30.11.2020     76

OPEK ölkələrin Nazirlər Konfransı 2021-ci ilin əvvəlində neft hasilatının azaldılması mexanizmi ilə bağlı qərarın 1 dekabr tarixinə təxirə salınmasına qərar verdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən üç mənbə bildirib. Bildirilib ki, həmin tarixdə "qeyri-OPEK" olkələri iştirak edəcək:

"Bəli, bunu digər ölkələrlə müzakirə etmək üçün çərşənbə axşamı gününə qədər təxirə saldılar".

Qeyd edilib ki, Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ 2021-ci ildə istehsalın azalması ilə bağlı fərqli ssenarilər təklif ediblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/901278.html