Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusun yayılmasına qarşı tədbirlənin sərtləşdirilməsini açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra televiziya müraciətində deyib.
Türkiyə liderinin sözlərinə görə, ölkədə hər gün saat 21:00-dan 05:00-dək komendant saatı tətbiq ediləcək.
Bundan əlavə, cümə axşamı saat 21:00-dan bazar ertəsi səhər 05:00-a qədər küçəyə çıxmaq tamamilə qağan olunacaq.
Ərdoğan əhalini COVID-19-un yayılmasına qarşı mübarizədə səfərbər olmağa çağırdı.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/901280.html