KİV: ABŞ Çinin neft şirkətini sanksiya siyahısına salmağa hazırlaşır

 22:30 30.11.2020     44

Tramp administrasiyasının Çinin çip istehsalçısı "SMIC" şirkəti və "CNOOC" neft şirkətinin ordu ilə əlaqələri olduğu səbəbindən sanksiya siyahısına salmağa hazırlaşdığı bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu çərçivədə "China Construction Technology Co. Ltd." və "China International Engineering Consulting Corp." şirkətləri də nəzərdən keçirilir və ABŞ-ın ümumilikdə 35 Çin şirkətini sanksiya siyahısına salacağı qeyd olunur.

Bu xəbərlərdən sonra "CNOOC" neft şirkətinin səhmlərinin dəyəri Honkonq birjasında 9 faizdən çox geriləyib. "CNOOC"un törəmə şirkəti olan "China Oilfield"in səhmləri də 11 faiz dəyər itirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp səlahiyyət müddətinin son günlərində Çinə qarşı təzyiqləri artırmaqda davam edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/901176.html