Onlar da Nikolla görüşdən imtina etdi

 22:49 30.11.2020     63

Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan və şuranın 3 üzvü - Stepan Mikayelyan, Armen Aykayanç və Mesrop Makyan Baş nazir Nikol Paşinyanla görüşdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Mediaport” məlumat yayıb.

“Onlar bildiriblər ki, Baş prokuror, İstintaq Komitəsinin sədri, Xüsusi İstintaq Xidmətinin rəhbərinin də qatıldığı belə bir görüş Ali Məhkəmə Şurasının konstitusion statusuna ziddir”, - məlumatda qeyd olunub.

Ali Məhkəmə Şurasının digər iki üzvü Liparit Məlikcanyan və Vigen Köçəryan baş nazirlə görüşdə iştirak edib.

Liparit Məlikcanyan əvvəllər Paşinyanın rəhbəri olduğu Çıxış Blokundan deputatlığa namizəd olub, Vigen Köçəryan isə Paşinyan tərəfdarı kimi tanınır.

Qeyd edək ki, bu gün Rusiya lideri Putin Paşinyanla təkbətək görüşdən imtina etdiyi üçün Ermənistan baş nazirinin Rusiyaya nəzərdə tutulan səfəri təxirə salınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519744.html