Britaniyada vergilərin artırılması təxirə salınıb

 22:55 30.11.2020     66

Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak büdcə tənzimləməsi ilə bağlı müsahibəsində bu ilin hər kəs üçün son dərəcə çətin bir dövr olduğunu vurğulayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazirin sözlərinə görə, bu, hökumətin dövlət xərclərini azaltmasına səbəb olmayacaq: "İngilis xalqı daha üstün dövlət xidmətlərindən istifadə etməyə layiqdir".

Bundan əvvəl isə Britaniya kütləvi informasiya vasitələrində hökumətin dövlət sektorunda işləyənlərin gəlirlərini "dondurmağa" hazırlaşdığı barədə iddialar irəli sürülmüşdü.

Maliyyə Araşdırmaları İnstitutunun direktoru Pol Conson R.Sunakın açıqlamalarına münasibət bildirərək vergilərin artırılmasının və dövlət xərclərinin azaldılmasının yaxın müddət ərzində gündəliyə çıxarılmayacağını söyləyib.

Ölkədə vergilərin artırılmasının təcili olmadığını qeyd edən P.Conson bunun gələcəkdəki ümumi seçkilərdən sonraya saxlanılacağını deyib: "İndi hələlik cüzi şəkildə borca düşəcək və bu yolla iqtisadiyyatı qoruya biləcək gücdəyik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/901180.html