Erməni nazir: Azərbaycan malları Ermənistana gələ bilər…

 22:58 30.11.2020     71

Mən sadəcə iqtisadiyyatımızın modernizasiyasını və bəlkə də bir gün yolların açılacağını demişəm. Amma siz (jurnalistlər) konteksdən sadəcə axırıncı hissəni səsləndirmisiniz.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın yeni iqtisadiyyat naziri Vaan Keropyan Azərbaycan mallarına Ermənistan bazarının açılacağı barədə sözlərinin geniş rezonans yaratması barədə danışarkən deyib.

O, haqqında söylənənlərin sadəcə manipulyasia olduğunu bildirib:

“Xahiş edirəm, manipulyasiya etməyin! Əlbəttə, mən jurnalist ixtisasına hörmət edirəm, lakin manipulyasiya və mənasız danışıqlara vaxtımı sərf etməyəcəyəm”.

Qeyd edək ki, erməni nazir Rusiyanın “Birinci kanal”ına açıqlamasında gələcəkdə Ermənistan bazarlarının Azərbaycan mallarına açıq olacağını istisna etməmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519746.html