Türkiyədə virus daha 188 nəfərin həyatına son qoydu

 23:00 30.11.2020     77

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib. Bu, Türkiyədə COVID-19-dan ölənlər üzrə ən yüksək rəqəmdir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir qeyd edib ki, son 24 saatda 176 656 nəfər koronavirus testindən keçib, 6514 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 219 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/337544.html