Qarabağda baş verən son hadisələr NATO-da MÜZAKİRƏ EDİLƏCƏK

 23:00 30.11.2020     51

NATO-nun xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ hadisələrini müzakirə edəcəklər.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib.

Onun sözlərinə görə, NATO ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarus hadisələri kontekstində Rusiyanın dünyada artan hərbi təsirini müzakirə edəcəklər.

"Nazirlər Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, Uzaq Şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz, həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük", - deyə NATO Baş katibi vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/337545.html