Mütəxəssislər ömrün uzanması qaydasını kəşf ediblər

 23:30 30.11.2020     60

Almaniyalı mütəxəssislər xüsusi dieta vasitəsi ilə qida məhdudiyyəti yolu ilə ömrün uzadılmasına gətirib çıxaran yeni bir mexanizm kəşf ediblər.

Milli.Az "Nature Aging"jurnalına istinadən xəbər verir ki, belə bir kəşfi Almaniyanın Maks Planka Cəmiyyətinin bioloji qocalma institutunun mütəxəssisləri tərəfindən kəşf edilib. Araşdırma aparan müətxəssislər belə bir təcrübəni milçək üçərində həyata keçiriblər. Belə ki, xüsusi dieta yolu ilə meyvə milçəklərində sestrin zülalın artması onlaran qocalması prosesini ləngidib. Mütəxəssislər müəyən edib ki, bədən ümumiyyətlə kalorini azaltmaq üçün daha çox istehlak edilən proteinin və müəyyən amin turşularının miqdarını azaltmağa daha çox reaksiya göstərir.

Bəlli olub ki, orqanizmdəki sestrin zülalı qocalmanı əngəlləyir.

Odur ki, gələcəkdə orqanizmdə xüsusi dieta yolu ilə sestrin zülalın səviyyəsini qaldırmaqla  qocalığa qarşı mübarizə aparmaq olar. (ölkə.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/900160.html