Batan gəmidən daha bir vitse-mer qaçdı

 00:09 01.12.2020     72

Ermənistanın Şirak vilayətinin qubernatorunun müavini Vardan Qriqoryan da vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb.

O, istefasını Ermənistanda mövcud olan katastrofik və kritik vəziyyətlə, millətin və dövlətin mənafeyini hər şeydən “üstün tutması” ilə əlaqələndirib:

Qriqoryan əlavə edib ki, Ermənistanda insanların “keçmiş” və “indiki”, “ağ” və “qara” prinsipi ilə ayrılması ölkənin qarşısında duran indiki problemlərin həllinə yardımçı ola bilməz.

Qeyd edək ki, 44 günlük müharibədən məğlub ayrılan Ermənistanda istefa dalğası hökm sürməkdədir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519772.html