Arvadı ilə mübahisə edən kişi 450 km yol getdi

 23:00 03.12.2020     61

İtaliyanın Komo şəhərinin sakini arvadı ilə mübahisə etdikdən sonra evdən çıxıb və bir həftə dayanmadan yol gedib.

Axar.az xəbər verir ki, bu barədə “İl Resto del Carlino” qəzeti yazıb.

Kişini gecə vaxtı Adriatik dənizi sahilindəki avtomobil yolunda gedərkən Fano şəhərinin polisi saxlayıb. İfadəsi zamanı o, polislərə bildirib ki, indiyə qədər 450 kilometr yol qət edib. Azuqəsini isə yolda rastlaşdığı insanlardan alıb.

Məlum olub ki, kişinin yoxa çıxması barədə polisə arvadı məlumat verib. Səhəri gün qadın Fano şəhərindəki polis məntəqəsinə gələrək həm ərini aparıb, həm də gecə vaxtı komendant saatını pozduğu üçün 400 avro cəriməsini ödəyib.

İtaliya sosial şəbəkələrində kişini məşhur “Forrest Qamp” filminin eyniadlı qəhrəmanı ilə müqayisə ediblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/520575.html