Keçmiş məhkum qətl törətdi

 22:41 10.12.2019     108

Dekabrın 9-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Ramal Kazımovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan N.Səfərov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/809439.html