Rusiyalı futbolçulardan ölkəmizə dəstək: "Yaşasın Azərbaycan!" - VİDEO

 14:19 04.12.2020     50

Tatarıstanın (Rusiya Federasiyası) paytaxtı Kazanda fəaliyyət göstərən "Parus Savinovo" adlı komandanın yeniyetmə futbolçuları Azərbaycana dəstək olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçular qalib gəldikləri son oyundan sonra qələbəni ölkəmizə həsr edib və "Yaşasın Azərbaycan!" deyiblər.

Qeyd edək ki, bu komandanın baş məşqçisi bakılı Vladimir Kopeykindir. Keçmiş qapıçı vaxtilə ölkəmizdə "Bakı Fəhləsi", "ANS-Pivani", "Dinamo" (Bakı) və "Neftçi"də çıxış edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/902344.html