Bu xəstəliyi olanlar koronavirusdan GEC SAĞALIR

 22:25 04.12.2020     61

COVID-19 xərçəng xəstələrində ən azı 2 ay qalır.

Milli.Az xəbər verir ki, ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib. Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.

Bildirilib ki, belə xəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.

Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/902042.html