Rusiyanın məşhur aktrisası vəfat etdi

 22:24 04.12.2020     54

Rusiyalı aktrisa Nina Akimova vəfat edib

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.

Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti Akademiyasında çalışıb. O, "Duel", "Qar fırtınası" və digər filmlərdəki obrazları ilə məşhurlaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/338058.html