Samuxda GÜCLÜ PARTLAYIŞ: Xəsarət alan var

 22:36 04.12.2020     64

Samux rayonunun Sərkar kəndində qaz sızması nəticəsində fərdi mənzillərdən birində partlayış baş verib

Publika.az-ın xəbərinə görə, hadisə zamanı evdə olan şəxslərdən biri, 24 yaşlı Cəlal Qurbanov ağır yanıq xəsarəti alıb. O, İlk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Nəlumata görə yaralı reanimasiya şöbəsinə yerləşdilib, onun vəziyyəti ağırdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/338059.html