Koronaya qarşı effektiv maddə tapıldı

 22:48 04.12.2020     64

Kanada və Argentinadan olan tədqiqatçılar melatoninin bəzi hallarda SARS-CoV-2 koronavirusuna yoluxmağın, COVID-19-un ağır formasının inkişafının qarşısını aldığını, eləcə də peyvəndi dəstəkləyən preparat ola biləcəyini təsbit ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri “Diseases” jurnalında dərc olunub.

Melatonin hormonunun iltihab əleyhinə, immun tənzimləyici və antioksidant xüsusiyyətlərə malik olduğu, xroniki yuxu pozğunluqlarının qarşısını aldığı və diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinə kömək etdiyi məlumdur.

Kanadanın Toronto Universitetinin və Argentinanın Papa Katolik Universitetinin tədqiqatçıları melatoninin COVID-19-un ağırlıq dərəcəsini azalda biləcəyinə və bəlkə də, koronavirus infeksiyasına mane ola biləcəyinə dair dəlillərin toplandığı icmal hazırlayıblar.

Müəlliflər melatoninin ACE2 fermentinin üst səthini tənzimləyən zülalalın - kalmodulinin meydana gəlməsini təsirli şəkildə bağladığını və əngəllədiyini qeyd edirlər. Bundan əlavə, melatonin ağır COVID-19 xəstəliyi ilə əlaqəli proinflamatuar sitokinlərin miqdarını azaldır, eləcə də makrofaqların polarizasiyasını əngəlləyən zülal - sirtuin-1 vasitəsi ilə antiinflamatuar təsir göstərir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/520831.html