Koronavirus nəticəsində erkən yaşlanmanın qarşısını necə almaq olar?

 23:05 04.12.2020     63

COVID-19-dan sonra yaşlanma prosesi sürətlənir. Bu ölümcül xəstəliklə mübarizə aparan bədən gücünü əhəmiyyətli dərəcədə itirə bilər. Belə olan halda onun bərpa olunması çətin olacaq.

Milli.Az xəbər verir ki, bu barədə dietoloq Marqarita Korolyova danışıb. Onun sözlərinə görə, ilk növbədə düzgün yeməyə başlamalısınız:

"Hər bir insan üçün tərtib edilmiş düzgün reabilitasiya qocalma prosesinin qarşısını alacaq. Bədənin yüksək dərəcədə müdafiəsi üçün hər şey edilməlidir, öz sağlamlığınıza sərmayə qoymalısınız. Düzgün qidalanma lazımdır, çünki immunoproteksiyanın bütün amilləri ondan asılıdır.

Menyu həm heyvan mənşəli qidalarla, həm də meyvə-tərəvəzlə zəngin olmalıdır. Taxıl, dənli bitkilər, habelə qoz-fındıq və paxlalılar fəsiləsinə aid olan zülalları rasiona daxil edin. Proteinli qidalar immunoqlobulin mənbəyidir. Korolyova deyib ki, sağlam yağlar olmalıdır, çünki yağlar lipid təbəqəsi yaradır.

Turp, fərqli kələm növləri daxil olmaqla təzə tərəvəzləri unutmamalıyıq. Meyvələrdən xüsusilə alma, armud, xurmaya diqqət yetirməlisiniz. Lif bolluğu mədə-bağırsaq traktında problemlərin qarşısını almağa kömək edəcək. Vitamin və mineral kompleksləri qəbul etmək də yaxşı olardı". (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/902393.html