Soyuqdəymədən tez qurtulmağın yolları açıqlanıb

 23:30 04.12.2020     53

Soyuqdəymədən tez bir zamanda qurtulmağın üç asan yolu var. Bunun üçün bahalı dərmanlara ehtiyac yoxdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı həkim və televiziya aparıcısı Sara Sarvis bildirib.

Onun sözlərinə görə, ilk metod mikroblara qarşı qoruyucu baryer yaradan boğaz spreyidir.

"Soyuqdəymə bədənə selikli qişalardan - əsasən ağız və burundan daxil olur. Araşdırmalar spreyin soyuqdəymə əlamətlərinin müddətini yarıya endirə biləcəyini göstərib", - deyə o bildirib.

İkincisi üsul kimi exinaseya bitkisinin istifadəsi göstərilib. Ancaq onun uşaqlar tərəfindən istifadəsi qadağandır.

Nəhayət, Sarvis tərkibində "C" vitamini olan ərzaqları - sitrus meyvələri, bibər, brokoli, brüssel kələmi və kartofun istifadəsini artırmağı məsləhət görüb.

Xəstəliyin yayılmaması üçün həkim tez-tez əlləri isti su və sabunla yumağı da tövsiyə edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/902432.html