Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək

 23:45 04.12.2020     63

Serbiya hökuməti Azərbaycana olan bütün dövlət borcunu ödəməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat yayıb.

Prezident bildirib ki, bu ilin sonuna qədər yol tikintisi üçün Azərbaycandan alınan kredit borcunu tamamilə qaytarmağı düşünürlər.

Onun sözlərinə görə, kredit borcunun ümumi həcmi 300 milyon avro dəyərində olub və artıq məbləğin yarıdan çoxu ödənib. Qalan kredit borcu isə 170 milyon avro dəyərindədir.

Bununla belə, 2011-ci ildən 4 faizlik şərtlərlə götürülən kreditin tamamilə ödənilməsi hökumət üçün daha məqbul hesab edilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/iqtisadiyyat/520845.html