Millət vəkili oğlunun tabutunu daşıyan ana ilə görüşdü - Foto

 00:03 05.12.2020     68

Bu gün Vətən Müharibəsi şəhidlərinin anım günündə Yardımlıda, qonşum Əlikömək Sahratova baş çəkdim.

Axar.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Feysbuk səhifəsində yazıb.

O, müharibədə şəhid olan Cavid Sahratovun valideynləri ilə görüşdüyünü bildirib:

"Tabutunu anası Səkinə bacı başında aparmışdı və şəkil bütün respublikaya yayılmışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün şəhidlərimizin anım, onların ata-analarının qürur günüdür...".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/520846.html