Yeltsinin yaxın adamına vəzifə verildi

 00:12 05.12.2020     83

Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysı beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin edib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, A.Çubays Rusiyanın sabiq prezidenti Boris Yeltsinin ən yaxın adamlarından sayılırdı. O, müəyyən dövrlərdə ölkəsində ən mühüm postlarda təmsil olunub. 1990-cı illərdə ölkədəki iqtisadi islahatların ideoloq və rəhbərlərindən olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/520838.html