Fulya Öztürkdən Azərbaycanla bağlı maraqlı paylaşım

 01:00 05.12.2020     58

Vətən müharibəsi zamanı hadisələri isti-isti dünyaya çatdıran jurnalistlərdən biri də "CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk idi. Xanım reportyor hər zaman ən qaynar nöqtələrdən çəkilişlər edir, süjetlər hazırlayır, bununla da həm yerli sakinlərin, həm də ərazidə xidmət edən hərbçilərin sevimlisinə çevrilmişdi.

Axar.az xəbər verir ki, artıq ölkəsinə dönmüş F.Öztürk Azərbaycan xatirələri ilə bağlı İnstaqram hesabında paylaşım edib.

Bir neçə foto və videonu birlikdə paylaşan Fulya xanım həmyerlilərimizin ona olan sevgisindən məmnunluğunu ifadə edib.

Videolardan birində polis və əsgərlərin onunla şəkil çəkdirmək istəməsi isə xüsusi marağa səbəb olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/520854.html