Lavrovdan ABŞ-a: Bunu etmək olmaz!

 01:34 11.12.2019     55

Şimali Koreyadan hər şeyi etməyi bir anda tələb etmək və daha sonra sanksiyaları zəiflətmək olmaz. Dünya birliyinin qarşılıqlı addımlar atması vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Vaşinqtonla Pxenyanın birbaşa dialoqu Koreya yarımdasında açar rolunu oynayır. Biz dialoqun bərpasından yanayıq. Və əminik ki, dialoq yalnız qarşılıqlı addımlar əsasında inkişaf edərsə nəticə verə bilər”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Lavrov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/428304.html