Arvadının maşın sürməyini bəyənmədi, özü minən kimi aşırtdı - FOTO

 12:24 11.12.2019     33

Ötən gün İstanbulda qeyri-adi qəza baş verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, olay İstanbulun Kadıköy səmtində yaşanıb. 61 yaşındaki Mehmet Sinan Akın adlı şəxs xanımının avtomobili park etməsini bəyənməyərək onu maşından düşürüb və özü sükan arxasına keçib.

O, qazla əyləci qarışdıraraq qəzaya səbəb olub. Avtomobili aşıran kişi park halındakı digər maşınların da zərər görməsinə səbəb olub. Həmçinin, aşan avtomobildəki sürücü və sərnişin də yüngül bədən xəsarəti alıb.

Milli.Az hadisə yerindən görüntüləri təqdim edir:

Emin
Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/809541.html