İranda ağır avtobus qəzası - Ölən və yaralananlar var

 12:34 11.12.2019     40

"İranın Zəncan vilayətində Zəncan-Təbriz magistral yolunda avtobusun yoldan çıxması nəticəsində yol qəzası baş verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

M.Əziminin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 24 nəfər yaralanıb.

Qəzaya səbəb avtobusun magistraldan çıxaraq yol kənarında torpaq təpəyə çırpılması olub.

Polis rəsmisi hazırda vilayətin bütün yollarının sürüşkən və dumanlı olduğunu deyib.

Qeyd edək ki, 21 mart -22 sentyabr aralığında İranın Zəncan vilayətində yol qəzaları nəticəsində 133 nəfər həlak olub.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/809516.html