İcra başçısı yanğından ziyan çəkmiş sahibkarlara vəd verdi

 12:58 11.12.2019     35

Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev “Euorohome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkmiş sahibkarlarla görüşüb.

APA-nın xəbərinə görə, RİH başçısı deyib ki, hadisə ilə bağlı araşdırma aparılacaq, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarlar, icarədarlar bir-bir RİH-ə dəvət olunacaq: “Kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.


Xəbərin mənbəyi: https://lent.az/news/333731