"Xalq diplomatiyası"nın münaqişənin həllinə ciddi təsiri olmayacaq - Mərkəz sədri

 13:06 11.12.2019     82

“Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”.

APA-nın xəbərinə görə, bunu təşkil etdiyi mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Ermənistan tərəfi jurnalistlərin səfəri ətrafında şou təşkil edib.

“Düşünürəm ki, rəsmi kanallar çərçivəsində irəliləyiş olmasa, "xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsiri olmayacaq”, - deyə o, vurğulayıb.


Xəbərin mənbəyi: https://lent.az/news/333734