"Taysonla Məhəmməd Əli döyüşsə, kim qalib olardı" sualına MARAQLI CAVAB

 22:50 11.12.2019     47

Əfsanəvi boksçu Mayk Tayson karyerasının başa vurduqdan 14 il sonra maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, keçirdiyi 58 döyüşün 44-də nokautla qələbə qazanan Tayson ötən əsrin ən güclü boksçusu hesab edilən Məhəmməd Əli barədə danışıb. O, "Taysonla Məhəmməd Əli döyüşsə, kim qalib olardı" sualını belə cavablandırıb:

''Məhəmməd Əli xüsusi boksçu idi. İkimizin də ən yaxşı vaxtımıza nəzər salsaq, mən heç vaxt ona qalib gələ bilməzdim. Çünki o, dünyanın görüb görəcəyi ən yaxşı boksçu" olub.

Qeyd edək ki, Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib. (ölkə.az)

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/809524.html