Çili gəmisi, qəzaya uğramış "C-130" təyyarəsinin ehtimal olunan qalıqlarını aşkar edib

 08:13 12.12.2019     87

Çili gəmisi ölkənin Hərbi Hava Qüvvələrinə məxsus itkin düşmüş "C-130" təyyarəsinə aid ola biləcək detallar tapıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, detallar təyyarə ilə son təmas nöqtəsindən 30 kilometr aralı məsafədə aşkar olunub və ekspert tədqiatına göndərilib.

Çili hərbi nəqliyyat təyyarəsi "Hercules" C-130" ilə əlaqə dekabrın 8-də yerli vaxtla saat 18.13-də kəsilib, təyyarədə 38 nəfər sərnişin olub. Çili Hava Qüvvələri təyyarəni qəzaya uğradığıni təsdiq edib və sağ qalanların axtarışını davam etdirdiyini bildirib. Təyyarənin bazalardan birinə yanacaq çatdıran neft kəmərinə xidmət etmək üçün personal daşıdığı bildirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/809801.html