Məşhur oyunçudan nişanlısına şok qadağa: "Birlikdə olmadıq"

 11:04 14.12.2019     94

Kloe Kardaşyanla evli olan və qalmaqallı şəkildə boşanan keçmiş basketbolçu Lamar Odom bir müddət əvvəl Sabrina Parrla nişanlanıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, narkotik alşıqlanlığı səbəbindən çətin günlər yaşayan 40 yaşlı Odom hazırda nişanlısı və onun ilk evliliyindən olan uşaqları ilə sakit həyat yaşayır. Cütlük tezliklə evlənməyə hazırlaşır.

"Hollywood Life" dərgisinə danışan Sabrina Parr maraqlı açıqlamalar verib:

"İstəyirsiz inanın, istəyirsiz inanmayın. Biz indiyədək Lamarla birlikdə olmamışıq. Lamar bir keşişlə görüşüb. Keşiş ona deyib ki, evlənmədən öncə birlikdə olmaq doğru deyil". 

Sabrina Parr bildirib ki, nişanlısının bu qərarını özü də dəstəkləyir və evlələnədək birlikdə olmayacaqlar. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/810393.html