Sürəti saatda 620 kilometrə çatan qatar hazırlanıb

 20:14 13.01.2021     44

Çin mütəxəssisləri sürəti saatda 620 kilometrə çatan maqlev qatarının prototipini və onun sınaq dəmir yolu xəttini inşa ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, dünyada yüksək temperaturlu superkeçirici maqnit yastıq üzərində hərəkət edən sürətli qatar prototipidir. Qatar və onun sınaq dəmir yolu Siçuan vilayətinin paytaxtı olan Çendu şəhərində hazırlanıb.

Bildirilir ki, dizayn sürəti saat 620 kilometr olan qatar dünyada yeni rekorda imza ata bilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/913308.html