Türkiyə "Sinovac" vaksininin tətbiqinə icazə verib

 20:35 13.01.2021     32

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac" vaksininin tətbiqinə icazə verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

Bildirilir ki, Türkiyəyə gətirilən 3 milyon doza "Sinovac" vaksininin laboratoriya yoxlaması keçirilib və hər hansı problem aşkarlanmayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/913364.html