Nazir peyvənd olundu: Sabahdan Türkiyədə başlayır

 20:50 13.01.2021     50

Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə icazə verilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatı qərar qəbul edib.

Eyni zamanda, Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca bu gün koronavirus əleyhinə peyvənd olub.

Daha sonra açıqlama verən Qoca sabahdan etibarən Türkiyədə peyvəndləməyə başlanılacağını bəyan edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530437.html