Lavrovla Ayvazyan arasında DAĞLIQ QARABAĞ MÜZAKİRƏSİ

 21:24 13.01.2021     33

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvarda Moskvada Dağlıq Qarabağla bağlı imzaladıqları bəyanatın icrasını müzakirə ediblər.

Rusiya və Ermənistan XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələləri və regional gündəm barədə də fikir mübadiləsi aparıblar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/342742.html