Yeni mutasiyaya görə pandemiya davam edəcək - Virusoloq tarix açıqladı

 21:25 13.01.2021     33

Rusiyada pandemiya 2021-ci lin payızında yekunlaşa bilər. Amma koronavirusun yeni mutasiyası planları dəyişə bilər.

Milli.Az xəbər verir ki, bu sözləri Milli Epidemiologiya və Mikrobiologiya mərkəzinin baş elmi işçisi Viktor Zuyev deyib.

O qeyd edib ki, ötən ildən virusun 2021-ci ilin yayında bitəcəyini proqnozlaşdırıb.

Lakin bir çoxları Britaniya ştammına görə vəziyyətin dəyişəcəyini deyir.

Bu mutasiya pandemiyanın yeni dalğalarını yarada bilər və görünməmiş masştabda yayıla bilər.

Bu təhlükəni azaltmaq üçün yeni məhdudlaşdırmalar və bir qədər sərt tədbirlərə getmək lazım olacaq. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/913279.html