Daha bir şirkət Şimal Axını-2-dən imtina etdi

 21:35 13.01.2021     43

Danimarkanın “Ramboll” şirkəti Şimal Axını-2 layihəsi çərçivəsində “Qazprom”la əməkdaşlıqdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiken” saytı məlumat yayıb.

Şirkətdən imtina və səbəb barədə açıqlama verilməyib:

“Təəssüf ki, bu barədə açıqlama verə bilmərik”.

Qeyd edək ki, yanvarın 3-də Norveçin “Det Norske Veritas” şirkəti də Şimal Axını-2 layihəsində iştirakdan imtina etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530445.html