ABŞ-da tarixi iclas başladı

 22:02 13.01.2021     71

ABŞ Nümayəndələr Palatasında Donald Trampın impiçmenti ilə bağlı iclas başlayıb.

Axar.az xəbər verir ki, dörd səhifəlik impiçment qətnaməsi qəbul edilərsə, Tramp ABŞ tarixində prezidentlik dövründə 2 dəfə impiçmentə məruz qalan ilk lider olaraq tarixə keçəcək.

Qeyd edək ki, qətnamə “Qiyama təhrik” adlanır. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530448.html