Ərdoğandan sonra Netanyahu da bunu etdi

 22:44 13.01.2021     55

İsrail Baş naziri Binyamin Netanyahu özünə rus dilində Teleqram kanalı açıb.

Axar.az xəbər verir ki, Netanyahunun mətbuat katibi Dmitri Gendelman bildirib.

“Bu, Netanyahunun rus dilində ilk kanalı deyil. Onun rus dilində Feysbuk səhifəsi 6 ildir fəaliyyət göstərir və çox məşhurdur. Teleqram kanalın açılma səbəbi bu sosial şəbəkənin istifadəçilər arasında populyarlaşmasıdır”, - Gendelman bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da özünə Teleqram kanalı açmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530459.html