Uzun illər axtarılan terrorçu Türkiyədə tutuldu

 23:00 13.01.2021     93

Türkiyədə uzun müddətdir ki, axtarılan xüsusi təhlükəli “Kamal” kod adlı terrorçu Nihat Konak hüquq-mühafiə orqanları tərəfindən ələ keçirilib.

Axar.az xəbər verir ki, qeyri-qanuni Kommunist Partiyasının Türkiyə üzrə “təmsilçisi” olan N.Konak Esenyurdda gizlənirmiş.

Onun yaşadığı evdən istintaq üçün xeyli sayda maddi sübutlar da götürülüb.

Qeyd edək ki, sözügedən terrorçu 1979 və 1999-cu illərdə Türkiyənin bir sıra məmurlarına qarşı terror fəaliyyətində iştirak edib. Bundan öncə dəfələrlə saxlanılsa da, həbsdən qaçmağı bacarıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/530453.html